Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilib
sizinxeber.az xəbər saytı

Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilib


COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilən xüsusi hərəkət zolaqlarına daxil olmaq qadağan edilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.

Oxşar xəbərlər

Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilir
Sabahdan Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilir
Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib
Sabahdan Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır - YENİLƏNİB
Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələr açıqlanıb - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle