sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabad şəhərinin 15 küçəsində asfaltlanma işləri aparılır
Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhərdaxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.
Hazırda Mikayıl Müşfiq, Süleyman Rəhimov, Şəhriyar, Əlixan Rəhimov, Atatürk və Koroğlu küçələrdə asfaltlama işləri yekunlaşıb.
Həmçinin Vüqar Niftullayev, Dədə Qorqud, Rəşad Zeyniyev, Səməd Vurğun, Tomris, Abdulla Şaiq, Gülüstan, Məlik Quliyev və V. Mürsəlov küçələrində də asfaltlanma üçün hazırlıq işləri həyata keçirilir.
Oxşar xəbərlər
Bakının 22 küçə və prospektində tıxac əleyhinə tədbirlər həyata keçirilir
Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır
İşıqforlarda Yeni tədris ilinin başlaması ilə bağlı “yaşıl dalğa” tətbiq edilir
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır
Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













