ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
19:50
ff

ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb

08 iy, 2026
19:50
243

ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics'ə verilən məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

https://cdn.apa.az/storage/apa.az/video-cdn/b152566912ed29f906b14bdeedc2fb7f.mp4

Bizimlə əlaqə saxlayın

×
×