Hafiz Paşayev: "Fəxr edirik ki, diplomatiya sahəsində təhsilə böyük töhfə veririk" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
11:00
ff

Hafiz Paşayev: "Fəxr edirik ki, diplomatiya sahəsində təhsilə böyük töhfə veririk"

06 iy, 2026
11:00
267

Hafiz Paşayev: "Fəxr edirik ki, diplomatiya sahəsində təhsilə böyük töhfə veririk"

ADA Universiteti Diplomatik Akademiyası fəxr edir ki, diplomatiya sahəsində təhsilə hələ də böyük töhfə verir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Universitetin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək XX Bakı Yay Enerji Məktəbinin açılış mərasiminə bildirib.

Onun sözlərinə görə, universitetin diplomatik akademiya kimi fəaliyyətə başlasa da, lakin indi bundan kənara çıxır: "Diplomatik Akademiya hissəsi universitetdə sadəcə bir məktəbə çevrilib. Burada proqramlarımızdan məzun olub artıq səfir olmuş bir çox tanış üzlər görürəm. Bu proqram 20 il əvvəl başlayıb. Söz verirəm ki, 30-cu ildönümündə də sizinlə olacağam. Çünki proqramlarımızla bağlı həyəcanımız bizi çox enerjili saxlayır və həmişə ölkəmiz üçün çox lazım olan çox vacib proqramlar təqdim etmək üçün yaxşı formada oluruq".

H. Paşayev bildirib ki, həmişə BP-dən dəstək alıblar və hələ də almaqdadırlar: "Təkcə bu proqram üçün deyil, həm də təhsil proqramlarımız üçün. Onlar Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramlarımızda bizə dəstək verirlər. Bu, çox uğurlu bir proqramdır, çünki biz universitetimizdə mühəndislik proqramlarımızı inkişaf etdirməyə can atırıq".

Bizimlə əlaqə saxlayın

×
×