Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
14:00
ff aaaaaaa

Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcək

03 iy, 2026
14:00
771

Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcək

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində subartezian su xəttinin ümumilikdə 300 metrlik hissəsinin yenilənməsi nəzərdə tutulur.

Bu bardə "Report"un yerli bürosu Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, Sirab kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə subartezian su xəttinin yenilənməsi işləri aparılır.

Hazırda görülən işlər çərçivəsində istismar müddətini başa vurmuş aşağı təzyiqli su boruları sökülərək, onların yerinə 8 atmosfer təzyiqə davamlı, diametri 90 millimetr olan yeni və yüksək möhkəmliyə malik borular quraşdırılır.

Həyata keçirilən tədbirlər nəticəsində su təchizatı sisteminin etibarlılığı artırılacaq, su itkiləri minimuma endiriləcək, Sirab kənd sakinlərinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul