İlhom Abdurahmon: Azərbaycan və Tacikistan "e-Permit" sisteminin tətbiqini planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
14:00
ff aaaaaaa

İlhom Abdurahmon: Azərbaycan və Tacikistan "e-Permit" sisteminin tətbiqini planlaşdırır

03 iy, 2026
14:00
828

İlhom Abdurahmon: Azərbaycan və Tacikistan "e-Permit" sisteminin tətbiqini planlaşdırır

Azərbaycan və Tacikistan beynəlxalq avtomobil daşımaları həyata keçirilərkən elektron icazə blanklarına keçidi nəzərdə tutan "e-Permit" layihəsinin icrası üzrə birgə iş təşkil etmək niyyətindədir.

Bu barədə "Sizinxeber.az"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.

Onun sözlərinə görə, təşəbbüs yüklərin, o cümlədən tez xarab olan kənd təsərrüfatı məhsullarının daşınmasının sürətləndirilməsi üçün nəqliyyat və logistika infrastrukturunun inkişafı üzrə daha geniş əməkdaşlığın bir hissəsidir.

"Ölkələrimiz rəqəmsal həllərin multimodal uyğunluğunun təmin edilməsinin və elektron nəqliyyat sənədlərinin tənzimləyici orqanların informasiya sistemləri ilə inteqrasiyası sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini anlayırlar. Bu, kağız prosedurlarını tədricən azaltmağa və daşımaları daha sürətli və rahat etməyə imkan verir", - səfir qeyd edib.

Abdurahmon, həmçinin bildirib ki, Hökumətlərarası Komissiyanın son iclasında (21 may 2026-cı il - red.) bu məsələlərə xüsusi diqqət yetirilib. O qeyd edib ki, tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişafını, eləcə də Tacikistan yüklərinin Azərbaycan ərazisindən fasiləsiz daşınması üçün imkanların genişləndirilməsini müzakirə ediblər.

"Mövcud liman və logistika imkanlarından tam istifadə etməklə Tacikistan yüklərinin operativ, etibarlı və səmərəli şəkildə qəbulu, yüklənməsi və daşınmasının təmin edilməsində maraqlı olan Bakı Beynəlxalq Dəniz Limanı mühüm rol oynayır. Bu, xüsusilə tez xarab olan məhsullar üçün mühüm əhəmiyyət daşıyır. Belə məhsulların daşınmasında vaxt amili, marşrutun dayanıqlılığı və logistika zəncirinin keyfiyyəti həlledici rol oynayır", - o vurğulayıb.

Səfir əlavə edib ki, Tacikistan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM, Orta Dəhliz) Avropa istiqamətində ikitərəfli, ixrac-idxal və tranzit daşımalarının inkişafı üçün əsas marşrutlardan biri kimi nəzərdən keçirir. Bundan əlavə, onun sözlərinə görə, ölkələr "Avrasiya Nəqliyyat Marşrutu" beynəlxalq assosiasiyası çərçivəsində daha fəal qarşılıqlı fəaliyyət göstərmək və Tacikistanın müvafiq qurumları ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında praktiki əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul