Elçin Yusubov: "Xankəndi 80 min nəfərlik müasir mərkəzə çevriləcək" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
15:00
ff aaaaaaa

Elçin Yusubov: "Xankəndi 80 min nəfərlik müasir mərkəzə çevriləcək"

13 may, 2026
15:00
727

Elçin Yusubov: "Xankəndi 80 min nəfərlik müasir mərkəzə çevriləcək"

Xankəndi təxminən 80 min nəfər əhalisi olmaqla Qarabağın aparıcı şəhərlərindən birinə çevriləcək.

"Report" xəbər verir ki, bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.

O, bu barədə bu gün Xankəndidə keçirilmiş Milli Biznesin İnkişafı Forumunda danışıb.

Xüsusi nümayəndə vurğulayıb ki, Xankəndi şəhərinin baş planı üzərində iş yaxın müddətdə tamamlanacaq və bu məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat çatdırılacaq: "Hazırda şəhərin inkişaf strategiyası qərb şirkətlərinin iştirakı ilə işlənib hazırlanır. Planın əsas istiqamətlərindən biri Xankəndinin "gənclər şəhəri" konsepsiyası əsasında inkişaf etdirilməsidir.

Təhsil və sosial infrastrukturun gücləndirilməsi əsas prioritet sahələrdən biri olaraq təyin olunub. Xüsusi olaraq, Qarabağ Universiteti üçün geniş ərazilər ayrılıb və burada təhsil alan tələbələrə müasir və rahat şəraitin təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, tələbə və müəllim heyətinin şəhərin ümumi əhalisinin təqribən 12–15 %-ini təşkil edəcəyi bildirilir".

Onun sözlərinə görə, layihəyə uyğun olaraq, Xankəndinin gələcəkdə müasir şəhər kimi formalaşması planlaşdırılır: "Ümumilikdə, Xankəndi müasir bir şəhər simasına bürünəcək və burada reallaşdırılan bütün layihələr şəhərin qısa müddətdə dayanıqlı inkişafını təmin edəcək şəkildə həyata keçirilir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul