Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
mar
2026
17:00
0
0
1 131
ff

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edib

18 mar, 2026
17:00
1 131

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Naftalanda bu şəhərin, eləcə də Goranboy rayonunun sakinlərini qəbul edib.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.

Qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın

×
×