Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
avq
2025
11:50

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib

20 avq, 2025
11:50
391

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

Bizimlə əlaqə saxlayın