Cəlilabadın 4 kəndini birləşdirən yola asfalt örtüyü çəkilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
avq
2025
19:00

Cəlilabadın 4 kəndini birləşdirən yola asfalt örtüyü çəkilib

19 avq, 2025
19:00
794

Cəlilabadın 4 kəndini birləşdirən yola asfalt örtüyü çəkilib

Cəlilabad rayonunun dörd kəndinin əsas küçələrinin yoluna asfalt örtüyü çəkilməsi işləri yekunlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, işlər Abdullu, Astanlı, Zopun və Cəfərli kəndlərində aparılıb.

Həmçinin rayonun Çünəxanlı və Həsənli kəndlərinin sakinləri də bu yoldan istifadə edir.

Dörd kəndi əhatə edən yol 5 kilometr uzunluğundadır.

Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə həmin küçələrə asfalt örtüyü təxminən 40 il öncə çəkilib.

Bizimlə əlaqə saxlayın