Azərbaycan və İran arasında kommersiya gəmilərinin hərəkəti bərpa edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və İran arasında kommersiya gəmilərinin hərəkəti bərpa edilib


İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət dayandırılmış ticarət gəmilərinin hərəkəti bərpa edilib.

Bu barədə “Report" "Azad İran" teleqram kanalına istinadən xəbər verir.

İranın Yol və Şəhərsalma Nazirinin müavini, Limanlar və Dənizçilik Təşkilatının rəhbəri Səid Rəsuli bildirib ki, Azərbaycandan ilk kommersiya gəmisi artıq Astara limanına yan alıb. Tikinti materialları daşıyan, 1 600 ton yükgötürmə qabiliyyətinə malik gəmi limana uğurla çatıb.

Məlumata əsasən, ötən ildən Xəzər dənizində su səviyyəsinin azalması və limanın giriş kanalında yığılan çöküntülər gəmilərin hərəkətini çətinləşdirib. Bu səbəbdən aprel ayından dibdərinləşdirmə işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb.

S. Rəsuli qeyd edib ki, limanın fəaliyyətinin bərpası İranın Xəzər dənizindəki ticarət və nəqliyyat potensialını artıracaq, eyni zamanda bölgədə liman infrastrukturunun inkişafına töhfə verəcək.

Oxşar xəbərlər

İran limanları neft və konteyner yük aşırmalarının həcmini artırır
CDTIC: "Azərbaycan və İran arasında mal mübadiləsi 2 milyon tona çatacaq"
İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdə birgə təlimi başa çatıb
Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər
Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər