Gürcüstan və Türkiyə BTQ-nin tam istismara verilməsinə hazır olduqlarını təsdiqləyib
Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tam istismara verilməsinə hazır olduqlarını bildirib.
“Report” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə gürcüstanlı nazir Mariam Kvirivişvili ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu arasında keçirilən görüşdə məlum olub.
Tbilisidə keçirilən görüşdə tərəflər nəqliyyat infrastrukturunun inkişafı və regionun tranzit mərkəzi kimi rolunu müzakirə ediblər. Bu kontekstdə nazirlər iqtisadi artımın və regional inteqrasiyanın gücləndirilməsi üçün nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun səmərəli istifadəsinin vacibliyini vurğulayıblar.
Onlar, həmçinin ikitərəfli ticari-iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini qeyd ediblər.
Nazirlər dəmir yollarının müasirləşdirilməsi, Şərq-Qərb avtomobil yolunun tikintisi, Tbilisidə yeni beynəlxalq hava limanının tikintisi də daxil olmaqla, böyük infrastruktur layihələrinin həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır.
Oxşar xəbərlər
Gürcüstan və Qazaxıstan Çin-Avropa nəqliyyat dəhlizi üzrə Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Hakan Fidan: Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq
ADY və Çin Dəmir Yolları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib
Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












