İsmayıllıda çaylarda daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülür
İsmayıllı rayonunda mərkəz və ətraf yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədi ilə çaylarda məcraların tənzimlənməsi işlərinə başlanılıb
Bu barədə "Sizinxeber.az"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi çay məcralarında buldozerlə 146 m3 sahədə tənzimləmə işləri görüb. Hazırda texnikalar vasitəsi ilə Ax-ox çayda sahil bərkitmə işlərinə başlanılıb. Bu çayda artıq dördüncü dəfədir ki, tədbirlər aparılır. Buna səbəb yaz aylarında yağan güclü yağışlar nəticəsində mühafizə zolaqlarının dağılmasıdır.
Ax-ox çayda 40 kilometrdən artıq sahil mühafizə bəndi vurulub və bu işlər davam etdirilir.
Qeyd edək ki, İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı idarəsinin 8833 hektar fiziki suvarılan sahəsi var. Bundan 492 hektar mexaniki üsulla suvarılır.
Oxşar xəbərlər
İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Bolqarçayda sel təhlükəsinin qarşısını almaq məqsədilə lildən təmizlənmə işləri aparılır
Xaçmaz və Xudatda əhalinin içməli su ilə fasiləsiz təminatı üçün tədbirlər görülür
ADSEA: Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












