Ortakənd–Dəmirlər və Həsənriz avtomobil yolları yenidən qurulur
sizinxeber.az xəbər saytı

Ortakənd–Dəmirlər və Həsənriz avtomobil yolları yenidən qurulur


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparır.

"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.

Oxşar xəbərlər

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi
Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb
Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub
Bakıda şəhid Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər