“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib
Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.
Bu barədə “Sizinxeber.az-Economics” AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.
Yenilik hazırda “Azercell”, “Bakcell” və “Nar” abunəçiləri üçün aktivdir. Qeyd edilən mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.
Qeyd edilib ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.
Oxşar xəbərlər
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərində danışıq dəqiqələri və internet təqdim ediləcək
“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
