Zaur Mikayılov Beyləqanda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Zaur Mikayılov Beyləqanda vətəndaşları qəbul edib


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Beyləqanda bu rayondan, eləcə də Füzuli, Xocəvənd və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Oxşar xəbərlər

Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb
ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvan şəhərində vətəndaşlarla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər