Qəbələdən keçən çaylarda sel və daşqınlara qarşı tənzimləmə işləri aparılır
sizinxeber.az xəbər saytı

Qəbələdən keçən çaylarda sel və daşqınlara qarşı tənzimləmə işləri aparılır


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsi dağ çaylarında sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərini davam etdirir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli istismar idarəsindən məlumat verilib.

2025-ci ilin əvvəlindən indiyədək 5 500 m məsafədə çay məcralarının təmizlənməsi və sahilbərkitmə işləri aparılıb. Cari təmir hesabına 30 paqon metr məsafədə 260 kub metr daş-beton bənd və qabion bənd vurulub.

Bundan başqa, il ərzində Dəmiraparan çayının sol sahilində investisiya hesabına 1 400 paqon metr, Bum çayının sağ sahilində Uludaş kəndinin üzərində 130 paqon metr, Həmzəli çayının sağ sahilində 100 paqon metr əsaslı daş-beton bəndlərinin vurulması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qəbələ rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin əsas fəaliyyət sahəsi rayonda yaşayan 11 300-dən artıq kəndli fermer təsərrüfatının ətrafında birləşən 11 700 ha sahəni su ilə təmin etməkdən ibarətdir.

Oxşar xəbərlər

Qəbələdə selin yaratdığı fəsadlar aradan qaldırılıb
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 
ADSEA: Şəki rayonu ərazisindən axan çaylar nəzarətdə saxlanılır
ADSEA: Cəbrayıl şəhərində tikilən ikinci su anbarında dəmir-beton işləri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər