Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
Əhəmiyyətli enerji potensialı sayəsində Azərbaycan növbəti illərdə bütün dünyada tələbatın getdikcə daha da çox olacağı Dayanıqlı Aviasiya Yanacağının (SAF) istehsalını təşkil etmək üçün çox yaxşı imkana malikdir.
Bu barədə “Sizinxeber.az”a müsahibəsində IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
Onun sözlərinə görə, əsas element Dayanıqlı Aviasiya Yanacağının (SAF) istehsalının genişləndirilməsidir ki, nəticə etibarilə bu, adi reaktiv yanacaqla müqayisədə karbon emissiyalarını 80 %-ə qədər azalda bilər.
“Azərbaycan Hava Yolları"nın (AZAL) Avropaya aviayesləri Aİ-nin yeni “ReFuelEU Aviation” reqlamentinə əhəmiyyətli dərəcədə uyğunlaşdırılacaq. Bu reqlament Aİ-nin hava limanlarında SAF-ın istifadə payının tədricən artırılmasını nəzərdə tutur. Məqsəd ənənəvi yanacağa SAF-ın icbari qaydada əlavə edilməsi hesabına emissiyaların azaldılmasıdır və 2050-ci ilə qədər SAF ümumi həcmin 70 %-ə qədərini təşkil etməlidir”, - o bildirib.
R. Şvartsman vurğulayıb ki, AZAL-ın SAF-a investisiya qoymağa başlamasına və “RefuelEU” təşəbbüsünə qoşulmasına baxmayaraq, bu qaydalara riayət edilməsinin Avropa hava limanlarında təchizat məhdudiyyətləri və yanacağın bahalaşması da daxil olmaqla əməliyyat problemlərinin yaranmasına səbəb olacaq.
“Biz mövcud olan yerli normativ və kommersiya maneələrinə baxmayaraq, Azərbaycanın SAF-ı təşviq etmək istəyini görür və dəstəkləyirik. SAF təchizatçıları ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və yanacaq alışı ilə bağlı strategiyaların optimallaşdırılması "Azərbaycan Hava Yolları" üçün iqtisadi səmərəliliyi qorumaq və Aİ-nin dayanıqlı inkişaf standartlarına uyğun olmaq baxımından həlledici əhəmiyyət kəsb edəcək. SAF-ın bazara çıxmasını sürətləndirmək üçün Azərbaycan hazırda tətbiq olunan QOST standartlarına əlavə və ya alternativ kimi ASTM beynəlxalq standartlarını qəbul edə bilərdi”, - vitse-prezident qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
IATA: “Azərbaycanın hava məkanı son dərəcə önəmli tranzit dəhlizinə çevrilib” - MÜSAHİBƏ
SOCAR ekoloji təmiz aviasiya yanacağının istehsalı imkanlarını qiymətləndirir
Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
