27
in
2025
13:30

yuxarı
Bakı avtovağzalından bölgələrə reyslərin sayı 2 dəfədən çox artıb

Bakı avtovağzalından bölgələrə reyslərin sayı 2 dəfədən çox artıb
İyunun 25-26-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif bölgələrinə ümumilikdə 16 485 sərnişin daşınıb.
"Sizinxeber.az" bu barədə BBAK- istinadən xəbər verir.
Bildirilir ki, son iki gün ərzində BBAK-dan müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib. “Adi günlərdə xətlərə təxminən 200 reys buraxılırsa, qeyd olunan tarixlərdə əlavə olaraq 113 reys təşkil olunub. Sərnişinlərin 33 %-dən çoxu biletlərini onlayn qaydada ‘biletim.az’ portalı vasitəsilə alıb”, - Bakı Beynəlxalq Avtovağzal Kompleksi bəyan edib.