Hökməlidə şəhid Zülfüqar Qubatov küçəsinin təmiri yekunlaşmaq üzrədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
15:30

Hökməlidə şəhid Zülfüqar Qubatov küçəsinin təmiri yekunlaşmaq üzrədir

25 in, 2025
15:30
479

Hökməlidə şəhid Zülfüqar Qubatov küçəsinin təmiri yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonu Hökməli qəsəbəsində şəhid Zülfüqar Qubatov küçəsində təmir-bərpa işlərini yekunlaşdırmaq üzrədir.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, küçənin uzunluğu 600 metr, eni 6 metrdir.

Layihəyə uyğun olaraq, küçədə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçənin profilə salınması prosesi həyata keçirilib.

Hazırda “İnşaat Norma və Qaydaları”na uyğun olaraq əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev və uzunluğu 850 metr olan Elşən Müslümov küçələrində də analoji təmir-bərpa işləri aparılır.

Bizimlə əlaqə saxlayın