İyunun 26-da Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
13:30

İyunun 26-da Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılacaq

24 in, 2025
13:30
331

İyunun 26-da Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılacaq

“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın