"Bank of America": Səudiyyə Ərəbistanı neft bazarında pay üçün uzunmüddətli qiymət müharibəsinə başlayıb
sizinxeber.az xəbər saytı

"Bank of America": Səudiyyə Ərəbistanı neft bazarında pay üçün uzunmüddətli qiymət müharibəsinə başlayıb


Səudiyyə Ərəbistanı qlobal neft bazarında itirilmiş payını geri qaytarmaq üçün uzunmüddətli qiymət müharibəsi strategiyasına başlayıb.

"Sizinxeber.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Bank of America Corp"un əmtəə araşdırmaları departamentinin rəhbəri Fransisko Blanş "Bloomberg TV"yə bildirib.

“Bu qiymət müharibəsi qəfil və qısamüddətli olmayacaq, əksinə, uzunmüddətli və mərhələli olacaq", - Blanş qeyd edib.

O, bunun daha yüksək xərclərlə üzləşən ABŞ istehsalçılarından bazar payı qazanmaq cəhdinin bir hissəsi olduğunu söyləyib.

"Onlar üç ildən artıqdır ki, qiymətləri təkbaşına saxlayırlar. Bu da rəqiblərə hasilatı artırmağa imkan verir. İndi bu, başa çatıb", - Blanş vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “səkkizlik” OPEC+ ölkəsi iyul ayında hasilatın sutkada 400 min bareldən çox artdığını elan etmişdi. Əvvəllər bir qrup “könüllü” bazarda qiymətləri dəstəkləmək üçün istehsalı məhdudlaşdırırdı.

Oxşar xəbərlər

KİV: Səudiyyə Ərəbistanı OPEC+ kvotalarının davamlı surətdə artırılmasını istəyir
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
"OPEC+" ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaları təsdiqləyib
OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar
Bir neçə OPEC naziri JMMC-dən əvvəl Ər-Riyadda görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle