Masallının 6 kəndində qaz kəsiləcək
sizinxeber.az xəbər saytı

Masallının 6 kəndində qaz kəsiləcək


İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Oxşar xəbərlər

Masallının bəzi kəndlərində iki gün qaz olmayacaq
Sabah Astara, Masallı və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Oğuzun bir neçə kəndində qaz kəsiləcək
Qəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle