“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
sizinxeber.az xəbər saytı

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

“Sizinxeber.az” “Azəriqaz”a istinadən xəbər verir ki, əsasən İstehsalat Birliyinin Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar. Müştəri xidmətləri şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-dan 9-dək saat 10:00-dan 16:00-kimi Bakı və Sumqayıt Regional qaz istismarı İdarələrinin inzibati binalarında, həmçinin Xəzər, Qaradağ, Sabunçu və Abşeron xidmət sahələrində vətəndaşlara xidmət göstəriləcək.

Həmçinin, iyunun 9-da “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində iş günüdür. Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.

Oxşar xəbərlər

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
COP29 ilə əlaqədar "Azəriqaz" gücləndirilmiş iş rejiminə keçib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle