Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir - YENİLƏNİB


Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.

13:49

Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb.

Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.

Oxşar xəbərlər

Azərbaycan Qvineya-Bisau ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq
Azərbaycan Qvineya-Bisau ilə enerji sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər
Nazir: "Qvineya-Bisau Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq üzrə strategiya hazırlayır"
Qvineya-Bisau enerji sahəsində möhkəm beynəlxalq alyansın yaradılmasına çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle