SOCAR Türkiyədəki layihələrində süni intellektdən istifadə etməyə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
14:00

SOCAR Türkiyədəki layihələrində süni intellektdən istifadə etməyə başlayıb

04 in, 2025
14:00
475

SOCAR Türkiyədəki layihələrində süni intellektdən istifadə etməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” öz layihələrində süni intellekt texnologiyalarını tətbiq etməyə başlayıb.

"Report" xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Elçin İbadov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya təkcə mövcud proseslərin avtomatlaşdırılması deyil, həm də gələcəyin yenidən təsəvvür edilməsidir:

“Rəqəmsallaşma artıq bir lüks deyil, zərurətdir. Bu yanaşma xüsusilə "Z" nəslini şirkətin fəaliyyətinə cəlb etmək baxımından əhəmiyyətlidir. "Z" nəsli təşkilatın rəqəmsal transformasiyaya keçid etmədiyini hiss etdikdə, onun bir hissəsi olmaq istəmirlər”.

E. İbadov qeyd edib ki, şirkət dizel sahəsində süni intellektə əsaslanan optimallaşdırma layihəsini həyata keçirib: "Bu layihə məhsulun texniki tələblərə uyğunluğunu təmin etməyə, istehsal keyfiyyətini artırmağa və sürətli onlayn qərarların verilməsinə imkan yaradır.

O, həmçinin bildirib ki, həyata keçirilən digər mühüm təşəbbüslərdən biri də anomaliya aşkarlanmasına yönəlmiş süni intellekt layihəsidir: "Bu sistem gözlənilməz davranışları - istər məlumatlarda pozuntu, istərsə də kibertəhlükəsizlik təhdidlərini – vaxtında aşkar etməyə imkan verir. Süni intellekt əsaslı bu anomaliya aşkarlama layihəsi bizim rəqəmsal transformasiya strategiyamızın mühüm tərkib hissəsidir və uğurla tətbiq olunur”.

Bizimlə əlaqə saxlayın