IRENA: Dünya nəqliyyat və sənayenin elektrikləşdirilməsində geri qalır
Dünya bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında irəliləyiş əldə edib, lakin nəqliyyatın elektrikləşdirilməsi, sənayenin dekarbonizasiyası və digər məsəslələrdə əhəmiyyətli dərəcədə geri qalır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinqh Bakıda keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
O, qeyd edib ki, məhz bu sektorlarda bu gün enerji keçidi üçün əsas maneələr cəmləşib.
Qonağın sözlərinə görə, ötən il dünyada quraşdırılmış 585 QVt yeni bərpa olunan enerji mənbələri gücündən 570 QVt Çin, Aİ və ABŞ-nin payına düşüb və ümumi həcmdən cəmi 15 QVt dünyanın qalan hissəsinə aiddir.
"Bu göstəricilər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı "yaşıl enerji"yə çıxış baxımından dərin bərabərsizliyi aydın şəkildə göstərir. İnkişaf etməkdə olan ölkələrin bərpa olunan enerji mənbələrinin gətirdiyi faydalardan istifadə etməsinə mane olan əsas problem şübhəsiz ki, maliyyələşdirmədir", - IRENA nümayəndəsi vurğulayıb.
Q.Sinqh, həmçinin inkişaf etməkdə olan ölkələrə investisiyaların artırılmasının zəruriliyini, həm də kapitalın dəyərinin azaldılmasının vacibliyini vurğulayıb: "İnkişaf etməkdə olan ölkələr üçün borcalma dəyəri hələ də əhəmiyyətli dərəcədə yüksəkdir. Məhz buna görə də ölkələr COP çərçivəsində iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və uyğunlaşmaya nə qədər vəsaitin ayrılmalı olduğu barədə razılaşdıqda, təkcə maliyyələşdirmənin həcmini deyil, həm də onun qiymətini nəzərə almaq vacibdir".
Agentliyin nümayəndəsi elektrik şəbəkələrinin vəziyyətinə xüsusi diqqət ayırıb: “Şəbəkələrin genişləndirilməsi və modernləşdirilməsi uzunmüddətli planlaşdırma tələb edir. Qərar qəbulundan istismara verilməsinə qədər 5-7 il keçir. Əgər şəbəkələrin inkişafı bərpa olunan enerji mənbələri ilə paralel aparılmasa, enerji mövcud olsa belə, onu istehlakçıya çatdırmaq mümkün olmayacaq”.
Oxşar xəbərlər
IRENA: BOEM obyektlərinin tikintisi sərfəli biznesə çevrilib
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir"
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır
IRENA Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
