Anar Əzimov: “Aqrar sektor bacarıqlı və problemləri həll edən mütəxəssislər yetişdirilməlidir”
Azərbaycanda aqrar sektor üçün texniki bacarıqları yüksək olan, problemləri həll edən mütəxəssislər yetişdirilməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ali təhsil müəssisələri yalnız tədrisin aparıldığı yer deyil, həm də gələcək peşəkarların inkişaf etdiyi və potensiallarının üzə çıxdığı bir mərkəzə çevrilməlidir: “Qida təhlükəsizliyi çoxşaxəli bir sahədir və biz bu sahə üçün müxtəlif ixtisasları əhatə edən biliklərə malik mütəxəssislər hazırlamalıyıq".
A. Əzimov deyib ki, təhlükəli qidalar bir sıra xəstəliklərə səbəb olur və bu, yalnız ictimai sağlamlığa deyil, eyni zamanda ticarətə də mənfi təsir göstərir: “İstehlakçıların inamının itməsi sonda iqtisadi tənəzzülə gətirib çıxara bilər. Qida təhlükəsizliyi sahəsi ölkənin ümumi rifahına və inkişafına birbaşa təsir edir. Bu kontekstdə ali təhsil müəssisələrinin rolu da ön plana çıxmalıdır".
Oxşar xəbərlər
FAO: Hər il dünyada aqrar bitkilərin 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir”
Ali təhsildə qida təhlükəsizliyi sahəsində yeni təhsil proqramı yaradılır
Zəkiyyə Mustafayeva: Hər il 125 min uşaq təhlükəli və çirklənmiş qidadan həyatını itirir
Mərkəz rəhbəri: Qida təhlükəsizliyinə nail olmaq üçün kadr potensialı gücləndirilməlidir
Azərbaycanda aqrar sektor 2 %-dən çox böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
