Gəncənin bəzi ərazilərində qaz təchizatında fasilə aradan qaldırılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncənin bəzi ərazilərində qaz təchizatında fasilə aradan qaldırılıb - YENİLƏNİB


Gəncənin bəzi ərazilərində qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, səhər saatlarından Gəncə şəhərinin bəzi ərazilərində qaz xətlərində aparılan işlər səbəbindən yaranmış fasilə aradan qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında şəhərin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranmışdı. Yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənib və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulub.

Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.

10:10

Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.

Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.

Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Oxşar xəbərlər

Gəncənin bəzi hissələrində qaz kəsilib
Gəncənin bəzi ərazilərində qazın verilişi bərpa edilib - YENİLƏNİB
Gəncənin bir hissəsində qazın verilişi dayandırılıb
Mingəçevirdə qazın verilişi dayandırılacaq
Bakıda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər