Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini mzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini mzakirə edib


Azərbaycan və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Mikayıl Cabbarovun şirkətin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.

"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycan və İtaliya ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
“AzərEnerji” Çin şirkəti ilə “yaşıl enerji”yə keçidi müzakirə edib
İtaliya enerji sahəsində Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial görür
İtaliyanın “Eni” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər