BP Azərbaycanda daha 30 il uğurlu fəaliyyətə ümid edir
Böyük Britaniyanın BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcək uğurlu əməkdaşlığın perspektivlərinə əmindir.
“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparkes 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
"Biz SOCAR ilə birlikdə gələcəyə - növbəti 30 ilə baxırıq. Bu, yeni çağırışlarla fərqli bir dövr olacaq, lakin biz növbəti davamlı uğur dövrünü təmin edə biləcəyimizə əminik. Missiyamız əslində sadədir - hasilatın təbii azalmasını yumşaltmaq və yeni resursları işlənməyə çıxarmaq. Bu, ifadə edilməsi sadə, həyata keçirilməsi isə son dərəcə mürəkkəb olan bir vəzifədir", - o qeyd edib.
D.Sparkesin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku regionun ixrac enerji infrastrukturunun əsası, həmçinin onun sənaye inkişafının mühüm elementi olub.
"Bu, bizim kəşfiyyata yanaşmalarımızı dəyişir. İşlənmə prosesinə təkcə logistika və boru kəmərlərində sərbəst güclərin mövcudluğu deyil, həm də mövcud infrastruktur və hövzədəki xidmət imkanları ilə inteqrasiya təsir edir. Əminəm ki, bu gün kompleks iş: yetkin yataqların səmərəli idarə edilməsi, aşkar edilmiş resursların işlənməsi və paralel olaraq kəşfiyyatın genişləndirilməsi üçün ən yaxşı vaxtdır", - BP təmsilçisi vurğulayıb.
Oxşar xəbərlər
SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
SOCAR Hindistanın ONGC, MRPL şirkətləri ilə enerji əməkdaşlığını genişləndirir
SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb
Qordon Birrell: “Qarabağ yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı gözlənilir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
