Azərbaycan “ACWA Power” ilə “yaşıl enerji” əsasında data mərkəzinin qurulmasını müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
14:00

Azərbaycan “ACWA Power” ilə “yaşıl enerji” əsasında data mərkəzinin qurulmasını müzakirə edib

03 in, 2025
14:00
557

Azərbaycan “ACWA Power” ilə “yaşıl enerji” əsasında data mərkəzinin qurulmasını müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “yaşıl enerji” əsasında data mərkəzinin qurulması perspektivlərini dəyərləndirib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Bakı Enerji Forumu çərçivəsində “ACWA Power”in təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə səmərəli görüş keçirilib.

“Bu il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Enerjisi (KES), dənizdə 3,5 QVt gücündə, quruda isə inteqrasiya olunmuş 200 MVt gücündə külək və batareya enerji saxlanc sistemi layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə P. Şahbazov bildirib.

Bizimlə əlaqə saxlayın