Mikola Kolesnik: "Ukrayna humanitar dəstəyinə görə Azərbaycana minnətdardır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
12:30

Mikola Kolesnik: "Ukrayna humanitar dəstəyinə görə Azərbaycana minnətdardır"

03 in, 2025
12:30
445

Mikola Kolesnik: "Ukrayna humanitar dəstəyinə görə Azərbaycana minnətdardır"

Ukrayna Azərbaycanın göstərdiyi humanitar dəstəyə görə səmimi qəlbdən təşəkkürünü bildirir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin müavini Mikola Kolesnik Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” panel müzakirəsində bildirib.

"Ukrayna hökuməti adından Azərbaycan, eləcə də forumda iştirak edən ölkələr və təmsil olunan dövlətlərin göstərdiyi humanitar dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu dəstək Rusiyanın davam edən hücumlarına baxmayaraq, enerji infrastrukturumuzu bərpa etməyimizə kömək edən mühüm amildir", - M.Kolesnik qeyd edib.

Bizimlə əlaqə saxlayın