ADA Universitetinin dosenti: Müstəmləkəçilik bir çox xalqları xəyal qurmaq imkanından məhrum edib
sizinxeber.az xəbər saytı

ADA Universitetinin dosenti: Müstəmləkəçilik bir çox xalqları xəyal qurmaq imkanından məhrum edib


Müstəmləkəçilik bir çox xalqları hətta xəyal qurmaq imkanından məhrum edib.

“Sizinxeber.az” xəbər verir ki, ADA Universitetinin dosenti Murat Özkaleli Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müstəmləkəçilik təkcə tarixi hadisə deyil, həm də daha incə və simvolik formalarda özünü göstərən reallıqdır.

"Reallıq bundan ibarətdir ki, müstəmləkəçilik bizi hələ də təqib edir. Müstəmləkəçilər hətta baxışları da formalaşdırırdılar - insanların kim olmalı və necə xəyal qurmalı olmasına onlar qərar verirdilər", - o qeyd edib.

Özkaleli vurğulayıb ki, müstəmləkə siyasəti bir çox xalqları təkcə öz müqəddəratını təyin etmək hüququndan deyil, həm də hətta öz doğma dilində xəyal qurmaq qabiliyyətindən məhrum edib.

"Bəzən tələbələrimdən soruşuram: siz yuxularınızı hansı dildə görürsünüz? Ola bilsin ki, əcdadlarınız sizinlə məhz bu dildə danışır. Kim olmağımızdan asılı olmayaraq yuxularımızı doğma dillərimizdə görməyimizə imkan verin", - o əlavə edib.

Oxşar xəbərlər

Abdarahman Von: Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır
Joselin de Haak: Kolonial sistem xalqları öz kimliyindən məhrum edir
Kemi Seba: Fransa Afrikada müstəmləkəçilik siyasətini davam etdirir
Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”
BTQ-nin icraçı direktoru: Kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər