İva Petrova: “SGC Avropada həmrəylik və strateji öhdəliyin ən müasir nümunəsidir”
Avropa regionunda həmrəylik və strateji regional öhdəliyin ən müasir nümunəsi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi (SGC) layihəsidir.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini İva Petrova Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi etibarlı tərəfdaşlıq və əməkdaşlıq olmadan, həmçinin regional kontekstə uyğunlaşdırılmış həllər olmadan qarşılanması mümkün olmayan qlobal bir çağırışdır: "Bolqarıstan gələcəyə, davamlı enerji infrastrukturuna çox sərmayə qoyur. Bu, dayanıqlılığa, həm də təhlükəsizlik gündəliyinə nail olmağa imkan verən qarşılıqlı əlaqəli, miqyaslı və çevik ötürmə güclərini nəzərdə tutur. Bizim regionumuzda həmrəylik və strateji regional öhdəliyin ən müasir nümunəsi, əlbəttə ki, regionumuz üçün etibarlı tərəfdaş olan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsidir”.
O xatırladıb ki, Bolqarıstan 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) istifadəyə verilməsi ilə səmərəli şəkildə SGC-nin hissəsinə çevrilib: “Hazırda biz "Şaquli Qaz Dəhlizi" infrastrukturını inkişaf etdiririk. Bu, Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Moldova, Ukrayna və əlbəttə ki, Cənub-Şərqi Avropa üçün etibarlı marşrutlar və mənbələrdən təhlükəsizlik və təchizatın diversifikasiyasına töhfə verəcək. Hazırda Cənub Qaz Dəhlizi ətrafındakı tərəfdaşlıq enerji keçidi ehtiyaclarına uyğunlaşmaq üçün inkişaf edir".
Oxşar xəbərlər
Nazir: “Azərbaycan qaz ehtiyatlarının inkişafının yeni mərhələsinə daxil olur”
Pərviz Şahbazov: “Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər”
Azərbaycan yaxın 2 ildə "yaşıl enerji"nin inkişafının I mərhələsini tamamlayacaq
Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












