“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin inkişaf planına daxil edilməsi müzakirə olunub
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi məsələsi müzakirə olunub.
“Report” xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazov 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero ilə keçirilən görüşdə aparılıb.
Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının enerji təhlükəsizliyinin təminindəki rolu və bu əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin Azərbaycandan Avropaya təbii qaz və bərpa olunan enerji ixracı üçün infrastrukturun inkişafı məsələləri nəzərdən keçirilib.
Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə yanaşı “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” və “Mərkəzi Asiya–Azərbaycan” yaşıl enerji interkonnektorları layihələrinin irəliləyişi və perspektivləri də müzakirə olunub.
Görüş zamanı yaxın günlərdə Brüsseldə keçiriləcək Azərbaycan–Avropa İttifaqı Yüksək Səviyyəli Enerji Dialoqunun üçüncü iclasının gündəliyində yer alan prioritet məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
