Azərbaycan qaz bazarı Rusiya istehsalçılarının diqqət mərkəzindədir
sizinxeber.az xəbər saytı

Azərbaycan qaz bazarı Rusiya istehsalçılarının diqqət mərkəzindədir


Rusiyanın qaz kompressor stansiyaları istehsalçısı “Industrial Equipment Plant” şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Bu barədə “Sizinxeber.az”a açıqlamasında şirkətin Marketinq departamentinin rəhbəri Olqa Kozlova deyib.

“Biz neft-qaz sənayesi üçün avadanlıqlar istehsal edirik. Müəssisəmiz müxtəlif tipli kompressor stansiyaları, o cümlədən qaz kompressor stansiyaları istehsal edir. Avadanlıqlar sifarişçinin stansiyanın gücü və məhsuldarlıq tələblərinə uyğun hazırlanır. Rusiyada iri təchizatçıların əksəriyyətinə avadanlıq tədarük edirik. Region miqyasında isə İran və Qazaxıstanda fəaliyyət göstəririk.

Hazırda Azərbaycan bazarında təmsil olunmasaq da, ölkəni neft-qaz sahəsində perspektivli bazar hesab edir və əməkdaşlıqda maraqlıyıq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yazışmalar aparılıb və Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində şirkətin nümayəndələri ilə birbaşa görüşəcəyimizə ümid edirik”, - O. Kozlova bildrib

Oxşar xəbərlər

Çin şirkəti Azərbaycanda neft-qaz avadanlıqları bazarına daxil olmaq istəyir
SOCAR və “Tatneft” sürtkü materiallarının birgə istehsalı ideyasını müzakirə edir
BP və SOCAR “Qarabağ” layihəsi üzrə yeni sənəd imzalayacaq
SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığı müzakirə edib
BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər