SLB Qarabağda geotermal quyular üçün kəşfiyyat quyusu qazmağı planlaşdırır
Ən böyük neft xidməti şirkəti olan “Schlumberger” (SLB) bu il Qarabağ ərazisində geotermal layihənin ikinci mərhələsinə başlayacaq.
Bu barədə “Sizinxeber.az”a şirkətin satış və marketinq meneceri Dmitri Kofman məlumat verib.
O xatırladıb ki, COP29 çərçivəsində SLB Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green” MMC ilə Qarabağda geotermal layihənin inkişafı haqqında memorandum imzalayıb.
"Hazırda layihənin birinci mərhələsi həyata keçirilir. İlkin tədqiqatlar aparılıb. Növbəti mərhələ bu tədqiqatların praktiki ölçmələrlə tamamlanmasını nəzərdə tutur. Bu il biz ikinci mərhələyə keçməyi planlaşdırırıq, bu isə layihənin potensialının əlavə təhlilini, kəşfiyyat quyusunun qazılmasını və gələcəkdə SOCAR ilə birgə tam inkişaf planlaşdırmasını əhatə edəcək. Ümid edirik ki, artıq bu il qazma mərhələsinə keçəcəyik", - o bildirib.
D.Kofmanın sözlərinə görə, bu, onlar üçün geotermal quyuların qazılması və məhz bu istiqamətin inkişafı ilə bağlı ilk əsas layihədir.
"Biz burada yaxşı perspektivlər görürük. Əlbəttə, biz müxtəlif şirkətlər və bazar iştirakçıları ilə əlavə imkanları - yeni perspektivli layihələrin inkişafını da müzakirə edirik. Hələlik nəyisə açıqlamaq çətindir, lakin bu istiqamətdə işləyirik və məlumat olan kimi mütləq təqdim edəcəyik", - o əlavə edib.
Oxşar xəbərlər
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır
SOCAR Qarabağ və Şərgi Zəngəzurda BOEM sahəsində layihələr həyata keçirməyi planlaşdırır
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
