Liviyanın neft kəmərində sızma olub
sizinxeber.az xəbər saytı

Liviyanın neft kəmərində sızma olub


Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib.

“Report” xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb.

“NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, - mətndə vurğulanır.

Qeyd olunur ki, Əl-Həmədə yatağından neftin bu kəmərlə nəqli dərhal dayandırılıb. Mütəxəssislər qrupu sızmanın səbəblərini müəyyənləşdirir, dağılmış neftin çıxarılması və ətraf mühitin mümkün çirklənməsinin aradan qaldırılması üçün tədbirlər görür.

Oxşar xəbərlər

Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb
SOCAR: "Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - EKSKLÜZİV
"Azneft": "Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - EKSKLÜZİV
Liviyanın Milli Neft Korporasiyasının rəhbəri istefa verib
Kolumbiyada neft kəməri partladılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər