Sebastyan Burduja: "Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqli üçün daha bir marşrut olacaq"
sizinxeber.az xəbər saytı

Sebastyan Burduja: "Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqli üçün daha bir marşrut olacaq"


Rumıniyanın Tuzla-Podişor magistral qaz kəmərinin istismara verilməsi Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqlinə imkan yaradacaq.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastyan Burduja “Linkedin” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Rumıniya yeni regional enerji xəritəsində özünü strateji qovşaq kimi təsdiqləyir: biz enerji təhlükəsizliyimizi və etibarlılığımızı təmin edən infrastruktura böyük vəsait yatırırıq, Qara dəniz bölgəsini qərb bazarları ilə birləşdirən əsas layihələri istismara veririk və bütün böyük regional təşəbbüslərdə (Cənub Qaz Dəhlizi, BRUA - Bolqarıstan - Rumıniya - Macarıstan - Avstriya qaz kəməri) iştirak edirik", - o qeyd edib.

Nazir, həmçinin bildirib ki, Qara dənizdən qazı qəbul edəcək kəmərin hazırlıq səviyyəsi 99 %-i ötüb və yaxın 60 gün ərzində rəsmi olaraq istismara veriləcək. Dəyəri 500 milyon avrodan çox olan layihə qrafikdən əvvəl və ən yüksək texniki və ekoloji standartlara uyğun olaraq tamamlanacaq.

"Rumıniya və Avropa üçün Tuzla–Podişor qaz kəmərinin istismara verilməsi onun keçdiyi yaşayış məntəqələrində təxminən 185 min rumın və 523 dövlət qurumunun qaza çıxışını təmin edəcək. Bu, həmçinin növbəti iki il ərzində bu qaz kəməri vasitəsilə Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqlinə imkan yaradacaq və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək", - nazir qeyd edib.

Uzunluğu 308,3 km olan Tuzla-Podişor kəməri qazın Qara dənizdən Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Bu kəmərlə qaz "Neptun Deep" sahəsindən BRUA qaz kəmərinə nəql ediləcək.

Oxşar xəbərlər

Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb
Sebastian-İoan Burduja: "Yaşıl enerji dəhlizi"nin dəyəri 10 milyard avrodan çox ola bilər"
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib
Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər