Ağdamda “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışının birinci günü keçirilib
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışı ilk günündə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində start götürüb.
"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, yarışın ilk günündə 13 komanda mübarizə aparıb.
Bakı şəhərini “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu” komandaları təmsil ediblər. Yarışda Azərbaycanın müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları iştirak ediblər.
Yarışın ilk günündə iştirakçı komandalara elektroenergetika sahəsi ilə bağlı suallar ünvanlanıb.
Münsiflər heyətinin qərarı ilə birinci yerə "Aran", ikinci yerə "Şimal-Qərb", üçüncü yerə isə "Odlar yurdu" komandası layiq görülüb. İlk üç yeri tutan komandalara mükafatlar təqdim olub.
Qeyd edək ki, müsabiqənin ikinci günü sabah Hadrutda keçiriləcək.
Oxşar xəbərlər
“Odlar Yurdu Sığorta Brokeri”nin lisenziyası ləğv edilib
Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb
Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
"Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək
“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
