Sabah Sabirabadın 7 kəndində qaz olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Sabirabadın 7 kəndində qaz olmayacaq


Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Azadakənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.

Oxşar xəbərlər

Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
Sabah Şirvan və Hacıqabulda qaz olmayacaq
Sabah İmişlidə 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Bu gün Azərbaycanın bəzi hissələrində qaz olmayacaq
Bu gün İmişlinin 2 kəndində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle