Macar ekspert: "Azərbaycan Avropanın qaz təchizatında əsas alternativə çevrilib"
sizinxeber.az xəbər saytı

Macar ekspert: "Azərbaycan Avropanın qaz təchizatında əsas alternativə çevrilib"


Rusiya-Ukrayna müharibəsinin başlaması və Avropanın Rusiya qazından asılılığı azaltmaq qərarından sonra Azərbaycan qitə üçün əsas alternativ qaz mənbəyi kimi ön plana çıxıb.

Bunu “Sizinxeber.az”un Budapeştə ezam olunmuş əməkdaşının sualına cavab olaraq Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri professor Laszlo Vaşa deyib.

Professorun sözlərinə görə, Azərbaycan və Macarıstan arasında əməkdaşlıq son illərdə sürətlə genişlənir və bütün sahələri əhatə edir: “Ölkələrimiz arasında birbaşa uçuşların bərpası və genişləndirilməsi insanları birləşdirən, qarşılıqlı anlaşmanı artıran mühüm addımlardandır”.

Ekspert vurğulayıb ki, Azərbaycan bu gün Mərkəzi Avropanın qazla təchizatında mühüm yer tutur:

“Xüsusilə Xəzər dənizinin altından çəkilməsi nəzərdə tutulan kabel vasitəsilə Azərbaycanın elektrik enerjisinin Mərkəzi Avropaya ötürülməsi inqilabi əhəmiyyət daşıyır. Layihənin əhatə dairəsi yalnız ilkin iştirakçı ölkələrlə məhdudlaşmır - Özbəkistan və Qazaxıstan da bu sistemə qoşulmaqda maraqlıdır”.

L. Vaşa əlavə edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində macar şirkətləri aktiv iştirak edir:

“Biz qürur duyuruq ki, istehsal, logistika, tikinti sənayesi və Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa layihələrində iştirak edən macar investorlarımız var. Bu əməkdaşlıq təkcə Macarıstan üçün deyil, bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir”.

Oxşar xəbərlər

Macarıstanlı ekspert: “Budapeşt Bakı ilə əməkdaşlığa Qərbi Avropadan əvvəl başlayıb”
Macarıstan səfiri: "Azərbaycan Mərkəzi Asiya və Avropanın kəsişməsində strateji tərəfdaşdır"
Çinli ekspert: Azərbaycanla imzalayacağımız müqavilələr strateji əməkdaşlığı gücləndirəcək
Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri açıqlanıb
Ekspert: "Çin Orta Dəhlizə ticarət marşrutlarını şaxələndirmək üçün alternativ kimi baxır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər