TAP AG 2025-ci ildə hidrogen qarışığının nəqli ilə bağlı yeni sınaqların nəticələrini gözləyir
TAP AG boru kəməri şirkəti 2025-ci il ərzində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) infrastrukturunun hidrogen qarışığının nəqlinə hazırlanması ilə bağlı sınaqların yeni mərhələsinin nəticələrini gözləyir.
TAP AG-dən “Sizinxeber.az”a bildirilib ki, şirkət təbii qaz qarışıqlı hidrogenin nəqli üçün TAP infrastrukturunu inkişaf etdirmək niyyətindədir.
"Hazırda layihənin texniki cəhətdən həyata keçirilməsi mümkünlüyü qiymətləndirilir. Orta və uzunmüddətli perspektiv üçün yol xəritəsi hazırlamışıq. 2021-ci ildə aparılan ilkin araşdırma TAP-ın bu sahədəki potensialını təsdiqləyib. Beynəlxalq laboratoriyada materialların sınaqlarının birinci mərhələsi hazırda təhlil olunur. Bu sınaqların nəticələri 2024-cü ilin dördüncü rübündə daxil olub", - şirkətdən qeyd ediblib.
TAP AG-nin məlumatına görə, sınaqların ikinci mərhələsi artıq başlayıb və nəticələr 2025-ci ilin sonunadək gözlənilir.
"Onlar əldə edildikdən sonra materiallar ətraflı qiymətləndiriləcək. Bundan əlavə, TAP-ın yerüstü avadanlığının hidrogen nəqlinə hazırlığı baxımından texniki vəziyyətinin “gap-analysis”i aparılır. Onun nəticələri də gələcək qərarlarda nəzərə alınacaq. Bütün qiymətləndirmələr başa çatdıqdan sonra TAP hidrogenin nəqlinə hazırlığını daha dəqiq müəyyən edə biləcək", - şirkətdən əlavə ediblər.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Aİ arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.
Oxşar xəbərlər
“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır
TAP ilə hidrogen və bərpa olunan qazların nəqli üçün yol xəritəsi hazırlanıb
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
ICGB DESFA ilə IGB-nin Yunanıstanın qaz nəqli sisteminə qoşulmasına dair saziş imzalayıb
“TAP AG” qaz kəmərinin illik 20 milyard kubmetrə qədər genişləndirilməsi variantları üzərində işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
