“Zəngilan” və “Şayıflı” elektrik stansiyalarında istehsal olunan enerji həcmi məlum olub
“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarında istehsal olunan enerji həcmi açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə yayıb.
“2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st”, – qurumun paylaşımında qeyd olunub.
Oxşar xəbərlər
“Zəngilan” və “Şayıflı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
“Güləbird” SES-də 4 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













