"Azəriqaz"ın baş direktoru Qəbələdə vətəndaşları qəbul edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub.
“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qəbulda "Azəriqaz"ın rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib.
Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Oxşar xəbərlər
"Azəriqaz"ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edib
"Azəriqaz" rəhbərliyinin Qəbələdə vətəndaş qəbulu baş tutacaq
"Azəriqaz" rəhbərliyi Bərdədə vətəndaşları qəbul edəcək
"Azəriqaz"ın baş direktoru Qubada vətəndaşlarla görüşüb
“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
