Klosi: Albaniya 2026-cı ildə TAP vasitəsilə Azərbaycan qazının idxalına başlayacaq
Albaniya 2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz idxalına başlamağa hazırlaşır.
“Report”un Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
“Albaniya ilk dəfə (2026-cı ildə – red.) TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir”, – Klosi “Report”un sualına cavabında qeyd edib.
Onun sözlərinə görə, Albaniya qazlaşdırma sahəsində geri qalmağı aradan qaldırmağa çalışır və təchizat layihəsini strateji hesab edir.
Qeyd edək ki, TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır. Bunun 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq.
Oxşar xəbərlər
Seno Klosi: Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır
Klosi: Azərbaycanla əməkdaşlıq Albaniyaya qaz infrastrukturunun inkişafını sürətləndirməyə kömək edəcək
Albaniyalı nazir müavini: Azərbaycanı enerji sektorunda ən yaxın strateji tərəfdaşlardan biri hesab edirik
Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib
Azərbaycan Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
