Klosi: Azərbaycanla əməkdaşlıq Albaniyaya qaz infrastrukturunun inkişafını sürətləndirməyə kömək edəcək
Albaniya, enerji sektorunun sürətli inkişafına baxmayaraq, qazlaşdırma məsələlərində geri qalır və bu problemi həll etməyə Azərbaycanla əməkdaşlıq kömək edəcək.
“Report”un Albaniyaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
“Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkə olsa da, qaz sahəsində geri qalır”, – o, “Report”un sualına cavab verərkən qeyd edib.
O vurğulayıb ki, Azərbaycanla, xüsusilə SOCAR şirkəti ilə qarşılıqlı əməkdaşlıq ölkəyə qaz infrastrukturunun inkişafını sürətləndirməyə və enerji potensialını genişləndirməyə kömək edəcək.
“Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, həmçinin enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Məhz buna görə də sizin şirkətinizin – SOCAR-ın iştirakı ilə biz indi, deyək ki, layihənin ilkin mərhələsini – bu layihəyə investisiya qoyuluşuna başlamaq üçün konkret addımlara keçməzdən əvvəl biznes-planın (qazlaşdırma – red.) hazırlanmasını başa çatdırırıq”, – nazir müavini söyləyib.
Oxşar xəbərlər
Seno Klosi: Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır
Klosi: Albaniya 2026-cı ildə TAP vasitəsilə Azərbaycan qazının idxalına başlayacaq
Albaniyalı nazir müavini: Azərbaycanı enerji sektorunda ən yaxın strateji tərəfdaşlardan biri hesab edirik
Albaniyada SOCAR-ın Korçanın qazlaşdırma layihəsinin təqdimatı olub
Albaniya Azərbaycandan dəstəyilə qazdan enerji mənbəyi kimi istifadəni öyrənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
