Azərbaycanda əmtəəlik qaz hasilatı 4 ayda 1 %-dən çox artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
13:00

Azərbaycanda əmtəəlik qaz hasilatı 4 ayda 1 %-dən çox artıb

15 may, 2025
13:00
486

Azərbaycanda əmtəəlik qaz hasilatı 4 ayda 1 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 16 milyard 566,1 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 12 milyard 916 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,6 % az, əmtəəlik qaz hasilatı isə 1,4 % artıb.

Ötən 4 ay ərzində Azərbaycanda 9 milyon 117,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 9 milyon 95,5 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 4 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5,4 % azdır.

Bizimlə əlaqə saxlayın