San Fransiskoda “ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumu” keçirilir
ABŞ-nin San Fransisko şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstan Baş Konsulluqlarının təşkilatçılığı, Kaliforniya İqtisadiyyat və Ətraf Mühit Fondunun dəstəyi ilə “ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumu” keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, forumda Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan hökumət nümayəndələri, aparıcı biznes liderləri, Kaliforniya ştatının qubernator administrasiyası, Kaliforniya İqtisadiyyat və Ətraf Mühit Fondu (CFEE), San Fransisko şəhərinin rəsmiləri və sənaye üzrə tanınmış ekspertlər iştirak edir.
Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev çıxışında ölkəmizin yaşıl enerji strategiyası, regional əməkdaşlığa verdiyi əhəmiyyət və yeni enerji dəhlizləri ilə bağlı mövqeyi barədə geniş məlumat verib.
Tədbirdə Avrasiyanın enerji sektorundakı inkişaf perspektivləri, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları, eləcə də yeni enerji dəhlizlərinin formalaşması müzakirə olunur.
Forumun əsas məqsədi ABŞ və region ölkələri arasında enerji, dayanıqlılıq və biznes sahəsində strateji tərəfdaşlığın gücləndirilməsidir. Hazırda forum işini davam etdirir.
Oxşar xəbərlər
Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır"
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
